İstifadəçi razılaşması

İstifadəçi qaydaları 

 1.İstifadəçi Razılaşmasının predmeti 

1.1. “Beepex MMC” Şirkəti (bundan sonra – “İcraçı”) İcraçının müxtəlif ölkələrdə yerləşən anbarlarından hazırkı İstifadəçi Razılaşmasının (bundan sonra – “Razılaşma”) şərtlərinə uyğun olaraq www.Beepex .az saytında qeydiyyatdan keçən yetkinlik yaşına çatmış fiziki və hüquqi şəxs (bundan sonra - “Müştəri”) üçün malların (bundan sonra mal və ya bağlama) çatdırılması üzrə xidmətləri (bundan sonra - “Xidmətlər”) həyata keçirir.

1.2. Müştərinin “Beepex .az” şirkətində qeydiyyatdan keçməsi pulsuz və könüllüdür. Qeydiyyat www.Beepex .az saytında həyata keçirilir. Xidmət göstərilməsi şərtləri açıqdır. Müştərinin saytda qeydiyyatdan keçməsi hazırkı Razılaşmanın və onun bütün əlavələrinin qəbul edilməsini bildirir.

1.3. Əgər Müştəri Razılaşmanın heç olmazsa bir bəndi ilə razı deyilsə, İcraçının Xidmətlərindən istifadə etmək hüququna malik olmur.

1.4. İcraçı hazırkı Razılaşmaya dəyişikliklər etmək hüququnu özündə saxlayır ki, bununla əlaqədar olaraq Müştəri mütəmadi olaraq Razılaşmanın www.Beepex .az saytında yerləşdiriləcək dəyişikliklərini izləmək öhdəliyini götürür.

1.5. İcraçı çatdırılma Xidmətlərinə görə Müştəridən “Malın çatdırılması və xidmətlərin ödənilməsi” adlı 7-ci maddədə göstərilən haqqı alır.

 

2. Xidmətlərin təsviri

2.1. İcraçı Müştəriyə sonradan qablaşdırılması/qablaşmanın açılması və İcraçının anbarına (və ya onun səlahiyyətli nümayəndəsinin – bundan sonra İcraçının anbarı) göndərilməsi üçün Müştəri tərəfindən müstəqil ödənişi aparılmış malların alınması üçün şirkətin müxtəlif ölkələrdə yerləşən, anbar ünvanının Müştəriyə təqdim edilməsi üzrə xidmətlər göstərir. Hazırkı Razılaşmanın məqsədləri üçün: Mal – Müştərinin əldə etdiyidir, Azərbaycana göndərilməsi üçün bağlanmış olan mal – Bağlama.

2.2. İcraçı Müştəri tərəfindən müstəqil olaraq internet-mağazada ödənişi aparılmış malları öz anbarına qəbul etmək öhdəliyini götürür, bu şərtlə ki, İcraçıdan alınan ünvan və malı alana aid məlumatlar dəqiq göstərilmiş olsun.

2.3. Müştərinin İcraçının anbarında və ya Azərbaycanda kuryer xidmətinin bölməsində Bağlamanı alması anından etibarən İcraçı tərəfindən xidmətlər tam həcmdə göstərilmiş hesab edilir.

2.4. Xidmətlərin göstərilməsi üçün İcraçı Müştərinin razılığı olmadan poçt və kuryer xidməti kimi üçüncü şəxsləri cəlb etmək hüququna malikdir.

 

3. Sifarişin rəsmiləşdirilməsi

3.1.Müştəri əvvəlcədən malın keyfiyyətini, parametrlərini və xüsusiyyətlərini müstəqil şəkildə qiymətləndirərək sifarişi tamamlayır.

3.2. Müştəri göstərilən malların qiymətini malın satıcısına ödəmək öhdəliyini götürür.

3.3. Müştəri internet üzərindən alış zamanı çatdırılma ünvanı (Beepex MMC-nin müvafiq ölkədə anbar ünvanı) və şəxsi məlumatları tam və düzgün göstərməlidir. Müştəri tərəfindən çatdırılma ünvanı və ya şəxsi məlumatlar səhv və yaxud qeyri-dəqiq doldurularsa, nəticə etibarı ilə bu, yüklərin çatdırılmasında problem yaradarsa və ya çatdırmanı ümumiyyətlə mümkünsüz edərsə, Beepex MMC heç bir məsuliyyət daşımır.

3.4. İcraçı anbarına qəbul etdiyi malların keyfiyyət və dəstliyinə görə məsuliyyət daşımır, eləcə də Müştərinin internet-mağaza vasitəsi ilə əldə etdiyi mallara zəmanəti təmin etmir.

3.5. İcraçı öhdəlik götürür ki, satıcının poçt xidmətinin çatdırdığı məhsulu öz anbarına qəbul edəcək (anbarda saxlanılması qadağan olan məhsullar istisna), çəkəcək və qablaşdıracaq, sonra isə İcraçının Azərbaycandakı anbarına nəql edəcəkdir. Mal yalnız alanın imzasının mövcud olduğu halda anbar tərəfindən qəbul edilmiş hesab olunur. Bağlamanın “Anbara çatdırılıb” statusu təvhil alanın imzası mövcud olmadan düzgün hesab edilə bilməz.

3.6. İcraçı malı aldıqdan sonra 3 iş günü ərzində malın İcraçının anbarına qəbul edilməsi haqqında müvafiq bildirişin müştərinin www.Beepex.az saytında qeydiyyat zamanı göstərdiyi elektron ünvana göndərilməsi yolu ilə onu bildirişlə məlumatlandırılmasına, eləcə də, həmin məlumatın Müştərinin şəxsi səhifəsində əks etdirilməsinə borcludur. 

3.7. Müştəri əldə etdiyi malın poçt xidmətinin çatdırılma şərtlərinə, qüvvədə olan Azərbaycan və sifariş etdiyi müvafiq ölkənin qanunlarına, o cümlədən, Azərbaycanın Gömrük məcəlləsinə müvafiq olmasına görə məsuliyyət daşıyır ki, buraya malın Müştəriyə göndərilməsi üçün zəruri olan qabaritləri və poçt tarasının çəkisi daxildir, lakin bağlamanın qabaritləri, çəkisi və içindəkilərlə məhdudlaşmır.

3.8. İcraçı o halda Müştəriyə Xidmətlərin göstərilməsindən imtina etmək hüququna malikdir ki, mal poçt xidmətinin çatdırılma şərtlərinə, qüvvədə olan Azərbaycan və sifariş etdiyi müvafiq ölkənin qanunlarına, o cümlədən, Azərbaycanın Gömrük məcəlləsinə müvafiq olmasın. Buraya malın Müştəriyə göndərilməsi üçün zəruri olan qabaritləri və poçt tarasının çəkisi daxildir, lakin bağlamanın qabaritləri, çəkisi və içindəkilərlə məhdudlaşmır.

3.9. Malın nəql edilməsi avia-daşıma yolu ilə həyata keçirilir. Nəqletmənin orta müddəti anbarın yerləşdiyi ölkəyə uyğun olaraq dəyişir.

3.10. İlin müxtəlif vaxtlarında xarici ölkələrdə satıcı şirkətlər tərəfindən malların qiymətində edilən endirim kampaniyalarına (DGK yoxlamaları, Müştərinin məhsulunu Smarta bəyan etməməsi və s,daşınması edilən ölkələr və Azərbaycan respublikasının qeyri iş günləri , Black Friday və s.) görə onlayn alışa tələb artır.  Bu halda, xarici anbardan yerli anbara çatdırılmada gecikmələr baş verə bilər. Bu səbəblə malların alıcıya təhvil verilməsində yaranmış gecikmələrə görə şirkətimiz (Beepex Express MMC) heç bir məsuliyyət daşımır.

3.11. Nəqletmənin qiyməti haqqında məlumat malın Azərbaycan ərazisinə gəlib çatması ilə Müştərinin şəxsi səhifəsində əks olunur.

3.12. Bağlamanın üçüncü şəxsə verilməsinə yalnız o hallarda yol verilir ki, o,aşağıda sadalanan sənədlərdən birini təqdim edə bilsin: www.beepex .az saytında müvafiq bölmədən etibar etdiyi şəxslərin məlumatlarını əvvəlcədən elavə etmiş olsun, qeydiyyatdan keçmiş bağlama alanın şəxsiyyətini təsdiq edən sənədin (pasport,sürücülük vəsiqəsi və ya qüvvədə olan Azərbaycan qanunvericiliyinə müvafiq olaraq digər sənədin) əslini, Müştəridən alınan – üçüncü şəxsin adına notarial qaydada verilmiş etibarnamə (üçüncü şəxsin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə).

3.13. Müştərinin bağlamanı lazımı vəziyyətdə alması, eləcə də İcraçıya iradlarının olmaması faktı Bağlamanın qaiməsindəki və ya elektron lövhədəki imza ilə təsdiq edilir.

3.14. Müştəri "mənim üçün sifariş et" xidmətindən istifadə etdikdə yaranmış 300 TL-yə qədər olan borc (qeyd edilən ölçü, rəng seçildikdə qiymətin dəyişməsi və ya başqa bir səbəblə bağlı) müştəriyə məlumat verilmədən sifariş həyata keçirilə bilər. Bu halda müştəri bağlamasını əldə edən zaman daşınma haqqı ilə birlikdə məhsulun alışından yaranan borcu da ödəməlidir, əks halda bağlama müştəriyə verilə bilməz. Sifariş prosesində hər hansı problem yarandıqda (məhsulun bitməsi, sifariş olunan ölçünün və ya rəngin bitməsi, kampaniyanın başa çatması, ödəmə problemi və s.), istifadəçinin ödədiyi məbləğ (5% komissiya daxil olmaqla) bütövlükdə onun balansına geri qaytarılır.  Sifariş bizim tərəfimizdən həyata keçirildikdən və satıcı firmaya ödəniş edildikdən sonra firma tərəfindən hər hansı bir səbəbdən (məhsulun təmin edilməsi satıcı tərəfindən mümkün olmadıqda) ləğv (iptal) olunarsa, müştərinin sadəcə məhsul üçün ödədiyi əsas məbləğ məbləğ (5% komissiya istisna olmaqla)  istifadəçinin balansına geri qaytarılır. Qeyd edək ki, endirimlərlə əlaqədar olaraq bəzən bu müddət uzana bilər. Qeyd: Sifariş həyata keçirildikdən sonra, ləğv etmək mümkün deyil.

3.15. Müştəri "mənim üçün sifariş et" xidmətindən istifadə edərək, aldığı məhsulu hər hansı bir səbəbdən iadəsi edilərsə, yalnız sifarişin məbləği şirkətə qaytarıldıqdan sonra məbləğ müştərinin beepex hesabına əlavə edilir. Məbləğin qaytarılması müddəti mağaza və bank sistemlərinə görə fərqlənməklə 5-25 gün müddətinədək dəyişir. 

 

4. Müştərinin vəzifələri

4.1. Müştəri müstəqil şəkildə Razılaşmanın hazırkı mətni ilə tanış olmaq, eləcə də, zamanla Razılaşmaya ediləcək dəyişiklikləri yoxlamaq öhdəliyini öz üzərinə götürür.

4.2. Müştəri tələb edilən xidmətin yerinə yetirilməsi üçün İcraçını zəruri olan bütün məlumatlarla vaxtında təmin etməsi öhdəliyini götürür. Zəruri olan məlumatların çatışmaması halında İcraçı Müştəriyə müvafiq Xidmətləri təqdim etməmək hüququna malikdir.

4.3. Müştəri İcraçı tərəfindən ona göstərilən xidmətlərlə əlaqədar olan hesabları vaxtında ödəmək və xərcləri qarşılamaq öhdəliyini götürür. İcraçı Xidmətlərin göstərilməsi üçün ona təqdim olunan vəsaitlərin kifayət etməməsi halında Müştəriyə xidmət göstərmir.

4.4. Müştəri sifariş etdiyi məhsulu əvvəlcədən şəxsi səhifəsində bəyan etməklə, həmin məhsulun İcraçının müxtəlif ölkələrdə yerləşən anbarlarına daxil olmasını müstəqil şəkildə öz www.Beepex.az hesabında izləmək öhdəliyini götürür.

4.5. Müştəri təsdiq edir və zəmanət verir ki, Müştəriyə üçüncü şəxslərin, malın satıcısı və poçt xidmətləri də daxil olmaqla, lakin bununla da məhdudlaşmayaraq hərəkətləri nəticəsində dəymiş zərərlə əlaqədar olaraq hər hansı bir öhdəliklər və xərclər səbəbindən yaranmış mübahisələr üzrə İcraçını cavabdeh və ya həmcavabdeh kimi cəlb etməyəcəkdir.

4.6. Müştəri bağlamanın alınması anında bağlamanın qaiməsində imza etməli və ya elektron lövhədə imzasını atmalıdır.

4.7. Sorğu əsasında müştərinin şəxsiyyətini təsdiq edən sənədləri, eləcə də bu və ya digər malı internetmağaza vasitəsi ilə əldə etməyi təsdiq edən sənədləri təqdim etməlidir

4.8. Müştəri öz adı, soyadı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, FİN kodunu, yaşayış ünvanı, telefon, elektron poçt ünvanını və digər tələb edilən məlumatları www.Beepex .az saytında qeydiyyat zamanı dəqiq göstərmək öhdəliyini götürür.

4.9.Müştəri tərəfindən gətirilən hər hansı bir məhsulun giriş və ya çıxış ölkəsində gömrük orqanları tərəfindən qadağan edilmiş (yasaqlanmış) olması məsuliyyəti müştərinin özünə aiddir. Daşıyıcı şirkət tərəfindən heç bir təzminat ödənilə bilməz. (saxta markalar, markaların təqlidi və digər daşınması qadağan edilmiş məhsullar.)

 

5. İcraçının vəzifələri

5.1. İcraçı Müştəriyə www.Beepex .az saytında Xidmətlərin təsvirinə, eləcə də hazırkı Razılaşmanın 1.1 maddəsində göstərilən tərifinə müvafiq olan Xidmətləri təqdim etmək öhdəliyini götürür, o şərtlə ki, Müştərinin sorğusu hazırkı müqavilə və qüvvədə olan  Beepex   MMC-yə məxsus anbarların yerləşdiyi müvafiq ölkələrin və Azərbaycan qanunvericiliklərinin nəzərdə tutduqları qaydalara, tələblərə və məhdudiyyətlərlə ziddiyyət təşkil etməmiş olsun.

5.2. Müştəri haqqında məlumatların məxfiliyini qorumaq. Müştəri haqqında məlumatlar üçüncü şəxslərə yalnız Azərbaycan qanunvericiliyində nəzərdə tutulan hallarda təqdim edilə bilər.

5.3. Müştəriyə onun sifarişinin statusu və yerləşdiyi yer haqqında məlumat əldə etmək imkanı vermək.

 

6. Gömrük rəsmiləşdirməsi

6.1.Müştəri tərəfindən sifariş etdiyi məhsulun www.Beepex.az veb saytında bəyan edilməsi (göndərənin adının, malın adının və faktura sənədinin (invoice) təqdim edilməsi) mütləqdir. Müştəri gömrük rəsmiləşdirilməsi üçün yük barədə tam və dolğun məlumatın verilməsinə, gömrük bəyannaməsinin düzgün doldurulmasına görə məsuliyyət daşıyır.

6.2. Azərbaycan ərazisinə çatdırılmış malın gömrük rəsmiləşdirilməsi prosedurasına görə məsuliyyəti müştəri daşıyır.

6.3. Malın Xidmət haqqının gömrük rəsmiləşdirilməsinə qədər ödənilməsi mütləq şərtdir.

6.4. Səlahiyyətli orqanlar Müştəri tərəfindən hazırkı Razılaşmanın  6.1 maddəsində nəzərdə tutulmuş tələblərini yerinə yetirməməsi və ya qismən yerinə yetirməsinə görə (misal: bağlamanın natamam və ya qeyri-dəqiq bəyan edilməsi, daşınması qadağan olan malların mövcud olması) heç bir məsuliyyət daşımır.

6.5. Müştəri tərəfindən Azərbaycan ərazisinə daşınması qadağan edilən malın gətirilməsi halında Azərbaycan Dövlət Gömrük orqanları tərəfindən mal müsadirə edilə, müştərinin üzərinə isə inzibati-cinayət məsuliyyəti qoyula bilər.

 

7. Daşıma haqqı, daşınma şərtləri və ödəniş

7.1. Müştərinin yüklərinin İcraçının müxtəlif ölkələrdəki anbarından Azərbaycan Respublikasına və regionlara (müvafiq regiona çatdırılma mümkün olduğu halda) çatdırılma haqqı www.Beepex .az saytında yerləşdirilib.

7.2. Yükün çatdırılma haqqı Müştərinin şəxsi kabineti vasitəsilə onlayn və ya ofisdə, nağd şəkildə ödənilə bilər.

7.3. İATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) dərc etdiyi TACT Rules (Yük Hava Daşıma Təlimatı) qaydalarına əsasən hansının çox olmasından asılı olaraq, daşıma haqqının hesablanması üçün yükün həcm ölçüləri və yaxud faktiki çəkisi əsas götürülür.

7.4. Müştəri İcraçının internet səhifəsində (www.Beepex.az  “Daşınılması  qadağandır” ) qeyd olunan daşınması qadağan edilmiş əşyaların siyahısı ilə tanış olmalıdır.

7.5. Müştərinin sifarişləri satıcı (və ya satıcılar) tərəfindən ayrı-ayrı bağlamalarda (fərqli track, izləmə, və s. nömrələrlə) eyni və ya fərqli tarixlərdə anbara göndərilərsə, bağlamaların hər biri üzərindəki track, izləmə və s. nömrələr ilə, ayrı-ayrılıqda daşınmaya qəbul olunur və emal edilir.

7.6. Müştəri hazırkı şərtləri qəbul etməklə www.Beepex.az saytında dərc olunmuş aşağıdakı hesablama vasitələri (online kalkulyatorlar) ilə tanış olduğunu və tam anladığını (riyazi ölçmə, parametrlərin konvertasiyası, həcmin ölçülməsi və s) təsdiq edir:
 • Qiymət və çatdırılmanın hesablanması kalkulyatoru • Çəki və həcm formulası • Ölçü konvertoru • Ölçülər cədvəli • Qabarit çəki hesablamalar

7.7. Qeydiyyat zamanı 7.5-ci maddəsində nəzərdə tutulmuş şərtlərlə və hazırkı şərtlərlə tanış olan və onları qəbul edən Müştərinin sonradan daşıma haqqı, şərtləri, ödəniş və s., digər məsələlər ilə (yükün müştəriyə çatdırılması prosesində İcraçı hazırkı şərtlərə tam riayət etdiyi təqdirdə) 
bağlı İcraçıya qarşı olan hər hansı bir tələbi əsassız sayılır. Misalçün - daşıma haqqının həcm və yaxud faktiki çəki üzrə hesablanması qaydası ilə tanış olmamış, Müştərinin sonradan yaranan tələbi əsassızdır və qəbul edilmir. Qeyd edək ki, Xarici anbara daxil olan bağlamaların geri iadəsi mümkün deyil.

7.8. İcraçı daşınma haqqı, şərtlər və ödəniş qaydalarına istənilən an dəyişikliklərin edilməsi hüququnu özündə saxlayır. Bu dəyişikliklər qəbul edilən andan dərhal sonra İcraçının rəsmi veb səhifəsində tanış olunması üçün dərc olunur.

 7.9. Müştəri anlayır və qəbul edir ki, daşıma üçün İcraçının müvafiq ölkədə yerləşən anbarına daxil olan yükün Azərbaycan Respublikasına göndərilməsi məqsədilə emalı (yenidən qablaşdırılması, paletə yığılması, hava limanına göndərilməsi), adi qaydada Azərbaycan Respublikasında qəbul edilmiş daşıma müqaviləsi/şərtləri/prosedurlarından fərqlidir. Bu məqsədlə Müştəriyə yükün daşınılması üçün göndərilməsinə dair qısa məlumat verilir. Məsələn, Müştəri yükün daşımasından imtina tələbini verdiyi zaman onun yükünün artıq paletə yığılmış və daşıma üçün hava limanına göndərilmiş olması mümkündür. Bu halda Müştəri başa düşməlidir ki, yükün daşımasından imtinası səbəbindən, bütün göndərişin dayandırılaraq paletlərin yenidən sökülməsi və onun yükünün ayrılaraq geri qaytarılması, həm xərclər, həm də prosedur baxımından mümkünsüzdür. Lakin buna baxmayaraq, İcraçı Müştərinin imtina tələbinə əsasən, onun yükünün daşımasının dayandırılması üçün bütün mümkün, zəruri və ağlabatan tədbirləri görəcək.

7.10. Müştəri hazırkı şərtləri qəbul edən zaman tam olaraq anlayır və qəbul edir ki, yükün daşımasından imtina tələbi İcraçı tərəfindən obyektiv səbəblərdən icra edilmədiyi halda, Müştərinin İcraçıya heç bir iddiası və yaxud tələbi qəbul edilmir və əsassızdır.

7.11. Müştəri tərəfindən xidmətin ödənişi şirkətin hesabı Azərbaycan Respublikasında hansı banka aiddirsə, həmin bankın (Kapital Bank ASC) ödəniş gününə olan məzənnəsi ilə İcraçı tərəfindən xidmətin göstərildiyi valyutaya əsasən (Avropa ölkələrindən - AVRO, digər ölkələrdən - ABŞ dolları) Azərbaycan Respublikası manatı (AZN) ilə həyata keçirilir.

 

8. Yükün saxlanması və təhvil verilməsi ilə bağlı şərtlər

 8.1. Müştərinin onun adına xarici anbara  daxil olmuş bağlamanın bəyannaməsinin  doldurulmasına son həddi (bağlamanın anbara daxil olduğu gündən) 3 (üç) ay müəyyən edilir. 3 aydan sonra şirkət məhsulun məhv edilməsi hüququna malikdir.

8.2. Sifarişçinin onun adına ABŞ anbarına daxil olmuş bağlamanın anbarda ödənişsiz saxlanılmasının son həddi 14 (on dörd) gün müəyyən edilir. Nəzərdə tutulmuş müddət sifarişçi tərəfindən ötürüldüyü təqdirdə anbarda saxlanıldığı hər əlavə gün üçün hər 1 (bir) bağlamaya görə 1ABŞ dolları miqdarında saxlama haqqı hesablanır.

8.3. Müştəri tərəfindən hər hansı səbəbdən yükün təhvil alınmasından imtina, yalnız müştərinin şirkətin rəsmi veb-səhifəsində yaratdığı şəxsi kabinet üzərindən (e-mail) daxil olan müraciətindən sonra qəbul edilir.

8.4. Müştərinin adına daxil olan yükün təhvili onun eyniləşdirilməsini mümkün edən sənəd əsasında həyata keçirilir. Müştəri şəxsən onun adına daxil olan yükü təhvil ala bilmədiyi təqdirdə, yük Müştərinin onu təhvil alınmasına dair verdiyi və etibarnamədə göstərilən şəxsə təhvil verilə bilər.

8.5. Müştəri bağlamanı təhvil alarkən bağlamanın tam və zədəsiz halda olduğunu yoxlamalı və yalnız buna əmin olduqdan sonra ödəniş edib bağlamanı təhvil almalıdır. Əks təqdirdə bağlamanın məhz daşınma zamanı zədələndiyi haqqında iddia qəbul edilmir.

8.6. Müştəri anlayır və qəbul edir ki, İcraçı müvafiq ölkədə yerləşən anbarına daxil olan Müştəri yükünün qablaşdırmasını beynəlxalq daşıma qaydalarına əsasən, yükü zədələməmək şərtilə, yenidən həyata keçirmək hüququna malikdir. Misal: Böyük ölçülü qablamada olan kiçik ölçülü yükü ona uyğun olan qablamaya yerləşdirir.

8.7. Kuryer sifarişinə düzəliş etmək mümkün deyil. Kuryer çatdırılması kuryerin bağlamanı təhvil almasından sonra 48 saat ərzində icra edilir. Kuryer sifarişindən imtina edildikdə bağlamalar anbara qaytarılır və "Bakı ofisi" statusu alır ancaq bu halda kuryer ödənişi qüvvədə qalır. Müştərinin qeyd etdiyi ünvan, mobil nömrə yalnış olduqda (və ya hər hansı biri qeyd edilmədikdə), yaxud müştəri göstərilən ünvanda olmadıqda, İcraçı kuryer sifarişindən imtina edə bilər. Sifariş növbəti gün, müştərinin təkrar sifariş etməsindən sonra 48 saat ərzində həyata keçirilir.

QEYD : Bağlamalar kuryer ünvana yaxınlaşan zaman yoxlanılmalıdır. Hər hansı bağlama ilə bağlı problem yaşanarsa, müştəri yerindəcə və ya təhvil aldıqdan 24 saat ərzində məlumat verməlidir. Əks halda sorğular əsassız sayılır və heç bir tədbir həyata keçirilmir.

8.8. İcraçının Bakı və ya regionda (olduğu təqdirdə) yerləşən anbarına  daxil olan yüklər  7 (yeddi) gün ərzində Müştəri tərəfindən təhvil  alındığı  təqdirdə həmin yüklərə  anbar saxlama haqqı tətbiq  etmir.

8.9. Hazırkı şərtlərin 8.8-ci maddəsində nəzərdə tutulmuş müddət Müştəri tərəfindən ötürüldüyü təqdirdə həmin yük təhvil alınan zaman (çəki və yer sayından asılı olmayaraq) hər  əlavə  gün üçün 0.50  AZN saxlama  haqqı  tutulur.Bağlama həcmi çəki ilə hesablanarsa,bu məbləğ daşınma haqqının 3 faizi təşkil edir.

8.10. Müştərinin onun adına Bakı ofisinə daxil olmuş  bağlamanın təhvil alınmasına dair İcraçı tərəfindən şifahi və yaxud yazılı xəbərdarlıqların verilməsinin son həddi (yükün anbara daxil olduğu gündən) 45 gün müəyyən edilir. 45 gündən sonra şirkət məhsulun məhv edilməsi hüququna  malikdir.Qeyd edək ki,müştəri şəxsi Dynamex  hesabına daxil olaraq sifariş etdiyi bütün bağlamaları şəxsən özü izləməli və bağlama Baki ofisi statusu aldıqda yaxınlaşıb təhvil almalıdır.SMS bildirişlərinin göndərilməsi sadəcə müştəri məmnuniyyətinin ölçülməsi üçündür.

 

 

9. Baxışın keçirilməsi hüququ

9.1. Müştəri anlayır və qəbul edir ki, İcraçının və yaxud hər hansı səlahiyyətli dövlət qurumunun (gömrük və s.) istənilən anda yükü açmaq və ona baxış keçirməsi hüququ vardır.

 

10. Yüklərin qorunmasına görə məsuliyyət

10.1. Müştəri tərəfindən internet üzərindən alınan və İcraçıya daşınma üçün təhvil verilən yükün qorunmasına dair İcraçının məsuliyyəti həmin yük İcraçının müvafiq ölkədə yerləşən anbarına daxil olduğu andan başlayır və yük Müştəriyə təhvil verilənədək davam edir.

 10.2. İcraçının müvafiq ölkədə olan anbarına (həmin ölkənin kuryer və ya poçt xidməti vasitəsilə) Müştərinin internet üzərindən sifariş etdiyi yükdən fərqli və ya zədələnmiş yük daxil olmasına, həmçinin beynəlxalq yük daşınma qaydalarına əsasən düzgün qablaşdırılmamış, lazımı qoruyucu vasitələrlə əhatə olunmamış (hava yastıqları, penoplastlar olan, fiziki zədə olmayan) və qutu üzərinə məhsulun daşınma qaydaları barədə xüsusi işarələr (məsələn, “fragile”) əlavə olunmamış bütün həssas məhsulların daşınması zamanı zədələnməsinə görə İcraçı heç bir məsuliyyət daşımır.

 

11.Yükün sığortalanması, zədələnməsi, iadə şərtləri və iddianın verilməsi

11.1. Daşıma üçün qəbul edilən yüklər sığortalanmır.

11.2. Müştərinin daşıma üçün İcraçıya təqdim etdiyi yük İcraçının məsuliyyəti çərcivəsində olduğu zaman sonuncunun qəsdən yol verdiyi hərəkətlər nəticəsində zədələnərsə və yaxud korlanarsa, AZƏRBAYCAN RESPUBLİKASININ Poçt haqqında QANUNU 1.0.13. əsasən bağlaması itirilərsə, oğurlanarsa və yaxud icraçıdan asılı olmayan bir səbəbdən zərər çəkərsə, ona ödənəcək kompensasiyanın məbləği gömrük rəsmiləşdirməsi zamanı məhsulu bəyan etdiyi invoys dəyəridir. Bağlama İcraçının müvafiq ölkədə yerləşən anbarlarından hər hansı birinə qəbul edilib, lakin, nəzərdə tutulmuş reyslə gəlmədiyi təqdirdə (bağlama itib, yaxud onun barədə heç bir məlumat yoxdur), həmin bağlamanın İcraçı tərəfindən axtarışına 30 (otuz) iş günü vaxt ayrılır. Bu müddət müştərinin rəsmi sorğusu (e-mail vasitəsiylə) daxil olduğu gündən hesablanır. Bağlama qeyd olunan müddət ərzində tapılmadığı təqdirdə Müştəriyə kompensasiya ödənilir. Kompensasiya o şərtlə ödənir ki, müstəri yükün ona məxsus olduğunu sübut edən bütün məlumatları təqdim etsin (buraya yükün /əşyanın şəkli, Smart Customs və daşıyıcıya bəyan etdiyi invoys dəyəri, əşyanın miqdarı, bağlamanın izləmə(track) nömrəsi və s. daxildir).
QEYD: Əvvəlcədən daşıyıcı firmaya, ya da gömrük orqanına bəyan edilən invoys qiymətində fərqlilik olarsa, daşıyıcı firma az olan invoys qiymətini düzgün sayaraq kompensasiya ödənişini həyata keçirir. İcraçı bağlamanın onun müvafiq ölkədə yerləşən anbarına qəbul edilmədiyini, Müştəri isə kuryer şirkətlərinin saytına əsasən bu izləmə(track) nömrəli bağlamanın məhz həmin ünvana çatdırıldığını israr edərsə, bu halda Müştəri kuryer şirkətinin sözü gedən bağlamanın İcraçıya təhvil verdiyini sübut edən sənəd təqdim etməlidir. Təqdim olunan bu sənəd əsasında yükün həqiqətən İcraçıya təhvil verildiyi sübut olunduqdan sonra (qəbul edən şəxsin imzası əsasında), Müştəriyə kompensasiya ödənilir.

"Bura aiddir:

• İnternet mağazanın təqdim etdiyi order, invoys (burada yükün/əşyanın şəkli, miqdarı, qiyməti, bağlamanın track nömrəsi və s. məlumatlar öz əksini tapır) Bank hesabından çıxarış ( ödənişin təsdiqini sübut edən bildiriş ) İcraçı bağlamanınonun müvafiq ölkədə yerləşən anbarına qəbul edilmədiyini, Müştəri isə kuryer şirkətlərinin saytına əsasən bu track nömrəli bağlamanın məhz bu ünvana çatdırıldığını israr edirsə, bu halda Müştəri kuryer şirkətinin sözügedən bağlamanın İcraçıya təhvil verdiyini sübut edən sənəd təqdim etməlidir. Yalnız təqdim olunan bu sənəd əsasında yükün həqiqətən İcraçıya təhvil verildiyi sübut olunduqdan sonra (qəbul edən şəxsin imzası əsasında), Müştəriyə kompensasiya verilir. Bunun üçün Müştəri qeyd olunan sənədləri təqdim etməlidir:

• Mağazanın təqdim etdiyi order, invoys (burada əşyanın şəkli, miqdarı, qiyməti, bağlamanın track nömrəsi və s. məlumatlar öz əksini tapır)

• Bank hesabından çıxarış (ödənişin təsdiqini sübut edən bildiriş)

• Bağlamanın İcraçının anbarına qəbul edildiyini sübut edən imzalı sənəd."

11.3. Müştəri bağlamasının araşdırılması üçün, yük xarici anbara təhvil verildiyi gündən 30 təqvim günü ərzində e-mail vasitəsiylə müraciət etməlidir. Əks halda daşıyıcı bağlamanın araşdırılması təmin etmir və müştərinin müraciətinə baxılmır.  

11.4. Müştəri İcraçının anbarından yükü təhvil alarkən, onu həmin ərazini tərk etmədən yoxlamalı, hər hansı bir zədə və ya çatışmamazlıq olduğu təqdirdə, dərhal bu haqda İcraçını məlumatlandırmalıdır. Ofisi/anbarı tərk etdikdən sonra yükün tərkibində hər hansı bir əşyanın çatışmaması və ya zədələnməsi iddiası qəbul edilmir.

11.5. Yalnız Beepex şirkəti vasitəsi ilə daşınması həyata keçirilən bağlamaların qaytarılması ödənişli əsaslarla həyata keçirilir. Qaytarılma tarifi daşınma tariflərinə görə bağlamanın çəkisi əsasında müəyyən edilir.  Şərtlər: 
Səhv məhsul göndərilərsə, eləcə də, məhsul zədəli, qüsurlu (qüsur ofisdə aşkarlanmalıdır) olarsa, və yaxud məhsulun rəngi və ölçüsündə yanlışlıq olarsa, bağlama geri qaytarılır. Bağlama Bakı ofisinə daxil olduğu gündən etibarən növbəti 2 iş günü ərzində, məhsul ofisi tərk etmədən yoxlanılarsa və yuxarıda qeyd edilən hallardan biri aşkarlanarsa, faktura sənədi əsasında geri qaytarılma üçün qəbul olunur. 

Qeyd: Yuxarıda qeyd olunan şərtlərə əməl olunmazsa, bağlamaların satıcıya geri göndərilməsi həyata keçirilmir. Geri qaytarılma yalnız satıcı mağazanın qaytarma şərtləri daxilində həyata keçirilir. 

 

12. Fors Major

12.1. Tərəflər fors-major səbələrinə görə hazırkı şərtlər üzrə götürülmüş öhdəlikləri vaxtında, tam və lazımınca icra edə bilmədikdə, həmin öhdəliyin icrası vəzifəsindən və bununla bağlı məsuliyyətdən müvafiq nisbətdə azad edilirlər. Bu maddədə “forsmajor” termininin işlədilməsi təbii fəlakətlər, epidemiya, partlayışlar, yanğınlar, zəlzələ, qasırğa, sunami, tufan, müharibə, vətəndaş müharibəsi, xarici dövlətlər tərəfindən hərbi müdaxilə, inqilablar, vətəndaş ixtişaşları və s. analoji səbəblər hökumətin və digər səlahiyyətli orqanların qanuni sərəncamları, həmçinin də ölkənin ərazisindən kənar gözlənilməz və həlli hökumət (və ya tərəflər) tərəfindən qeyri mümkün ola bilən səbəbləri özündə cəmləşdirir.

12.2. Yuxarıda göstərilmiş səbəblərin və zamanının hüquqi cəhətcə təsdiqi səlahiyyətli orqanlar tərəfindən verilmiş arayışlar əsasında müəyyən olunur.

12.3. Fors major hadisələri baş verdikdə müqavilənin şərtlərində göstərilən hüquq və vəzifələrin icrası vaxtı adı çəkilən hadisələrin müddəti dövrü qədər uzadılır.

12.4. Tərəflər bir-birini hazırkı şərtlərin yerinə yetirilməsini gecikdirən fors major səbəbinin başlanması və bitməsi məlumatını tez bir zamanda elektron poçt, teleqraf, teleks və ya telefaks iləməlumatlandırmalıdır.

 12.5. Tərəflər fors major hadisəsi baş verdiyi halda hər hansı maddi və ya mənəvi zərərin qarşısını almağa çalışmalıdır.

 

 13. Digər hallar

 13.1. Hazırkı şərtlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi əsasında tənzimlənir. 13.2. Tərəflər arasında yaranan hər hansı anlaşılmazlıq və ya mübahisə qarşılıqlı anlaşma və razılıq əsasında həll olunur.

 13.3. Tərəflər qarşılıqlı anlaşma və ya razılaşma əldə edə bilmədikləri halda Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edə bilərlər.