Tez-tez verilən suallar

Bizim üstünlüklərimiz

Ödənişsiz geri qaytarılma xidməti.(Sifariş et xidməti  ilə alınan məhsulların defektli yalnış və s. )
"Mənim üçün Sifariş Et" xidməti.
Beepex şirkəti bağlamaların poçt ilə Azərbaycanda istənilən ünvana çatdırılmasını həyata keçirir.
Daşınılan bütün bağlamaların ödənişsiz olaraq sığortalanması.
Türkiyədə qapıda ödəmə ("Kapıda ödəmə") xidməti.
Onlayn kuryer xidməti.
Minimal çatdırılma tarifləri $0.99-dan başlayan qiymətlər.
Sürətli çatdırılma xidməti.
Ofisin şəhər mərkəzində və əlverişli ünvanda yerləşməsi.
Operativ müştəri xidmətləri.

Necə işləyir?


Beepex.az - da qeydiyyatdan keçin

Qeydiyyatdan keçməklə Türkiyədə və Amerikada xarici ünvana sahib olacaqsınız və hesabınızda ünvan qeyd olunacaq.

 

Sifarişi ünvana göndərin

Onlayn mağazalardan alış-veriş edərkən bağlamanızın çatdırılacağı ünvan hissəsinə saytımızda qeyd edilən ünvanı yazın və ödəniş edib sifarişinizi tamamlayın.

 

Bağlamanızı təhvil alın

Anbarımıza təhvil verilmiş məhsulu qısa müddət ərzində  Azərbaycana çatdırırıq.

Çatdırılma haqqı hansı üsulla hesablanır?
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının metrik standartlarına uyğun olaraq daşınan yüklərin çəkisi bağlamaların ölçülərindən asılı olaraq iki cür hesablana bilər:
1. Fiziki çəki 
2. Həcm çəkisi 
Hər iki göstərici hesablanır hansı daha çox olarsa, daşınma haqqı o çəki əsasında hesablanır. Nəzərinizə çatdırırıq ki, Türkiyədən geyim, 2 ədəd ayaqqabı və əl çantalarının daşınma haqqı yalnız fiziki çəkisi əsasında hesablanır. Ayaqqabı 2 ədəddən çox olarsa, daşınma haqqı həcm çəkisinə əsasən hesablanacaqdır.
Hər hansı bir uzunluq gösətiricisi 60 sm-dən artıq olan bağlamaların daşınma haqqı həm həcm çəkisi, həm də fiziki çəkisi hesablanacaq, hansı çəki göstəricisi daha çox olarsa, daşınma haqqı o çəki əsasında hesablanacaqdır.
Hesablanma qaydasını nəzərinizə çatdırırq.
En (sm) x Uzunluq (sm) x Hündürlük (sm)/6000 = Həcm çəkisi (kq)
Sifarişim neçə gün ərzində çatdırılır?

Bağlamaların çatdırılma müddəti məhsul xarici anbarımıza daxil olduğu vaxtdan hesablanır. Türkiyədən yüklərin göndərişi həftədə 4-5 dəfə həyata keçirilir. Amerika göndərişləri isə həftədə 1 dəfə həyata keçirilir. Bağlamanız anbarımıza daxil olduqdan sonra qısa müddət ərzində Azərbaycana çatdırılır.

Bəyənnamə nədir? Necə doldurulur?

Gecikmələrin yaranmaması və bağlama hesabında əks olunması üçün müştəri şəxsi hesabına daxil olaraq, sifarişi haqqında məlumatı əvvəlcədən bəyan etməlidir. Bəyənnamə - müştərinin sifariş etdiyi bağlama haqqında yük xarici anbara daxil olmazdan ƏVVƏL Beepex.az şəxsi hesabında  “BƏYAN  ET” bölməsində məlumat verməsidir. Sifariş haqqında məlumat bağlama xarici anbarlara ÇATDIRILMAMIŞDAN əvvəl qeyd olunmalıdır. Yükün bəyan edilməsi yalnız bağlama satıcı tərəfindən kuryerə verildikdən və izləmə nömrəsi (Tracking number,Teslimat no,Gönderi numarası, Kargo takip numarası, Barkod no, MNG kargoda Fatura No) təqdim edildikdən sonra mümkündür. Bağlama “sipariş numarası” ilə bəyan oluna bilməz. Bəyənnamədə bağlamanın izləmə nömrəsi( izləmə nömrəsi bölməsinə bu nömrələrdən birini yazmaq olar: “Tracking number”, "Teslimat no", “Gönderi numarası”, Kargo takip numarası, Barkod no)  mağaza adı, məhsulun kategoriyası qeyd edilir və satıcı tərəfindən təqdim edilmiş invoys sənədi (fatura) əlavə edilir.

İstisnalar:

Nadir hallarda satıcılar müştərinin bağlamasını izləmə nömrəsi (tracking number) təyin etmədən göndərir. Bu halda yalnız bağlama anbara daxil olduqdan sonra bəyannamə doldurulmalıdır.

Məlumatların düzgün qeyd edilməsi bağlamanın vaxtında çatdırılmasının ilkin şərtidir.

 

Ünvan və iş saatlarımız

 

Ünvan: Bakı şəhəri. Nəsimi rayonu,

İş saatları:

Bazar ertəsi – Şənbə: 09:00 - 20:00

Bazar: 10:00 - 19:00

Bağlamanın daşınma haqqının ödəmə üsulları

Bağlamaların daşınma haqqı müştərinin istəyinə görə Beepex.az saytından onlayn, ofisdə nağd və ya POS-terminal vasitəsi ilə həyata keçirilə bilər.

Başqa bir şəxs Sizin bağlamanı necə təhvil ala bilər?

Əgər Siz öz hesabınızda Bakı ofisimizdə olan bağlama(lar)nızı yaxınlaşıb, təhvil ala bilmirsinizsə, bu zaman başqa bir şəxsə Sizin adınıza bağlamanı təhvil alması üçün etibarnamə verə bilərsiniz. Bunun üçün Siz saytımızda hesabınıza daxil olur, şəxsi hesabda "Etibarnamələr" bölməsində bağlamanızı təhvil almasını istədiyiniz şəxsin şəxsiyyət vəsiqəsində olan məlumatları qeyd edərək həmin şəxsə etibarnamə verə bilərsiniz. Etibarnamə verdiyiniz şəxs Sizin müştəri kodu və öz şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb, bağlamanı təhvil ala bilər. Etibarnamə sayı limitli deyildir, siz istənilən sayda etibarnamə əlavə edə bilərsiniz.

Daşınması qadağan olan məhsullar
Siyahıda göstərilən məhsulların daşınması qadağandır:
- Çılçıraq və çərçivə (Qablaşdırılması düzgün olmadıqda);
- Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika;
- Təhlükəli maddələr, eləcə də radioaktiv maddələr və onların hazırlanması texnologiyasına aid materiallar;
- Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat, həmçinin, hazırlanması texnologiyasına aid materiallar;
- Pornoqrafik əşyalar, əxlaq pozğunluğunu, zorakılığını, terrorizmi təbliğ və reklam edən materiallar;
- Canlı heyvanlar, bitki və toxumlar;
- Gizli kameralar, xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat;
- Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri;
- Akkumulyatorlar;
- Tez xarab olan qida məhsulları;
- Dini kitablar;
- Amortizatorlar;
- Mühərriklər;
- Hover Board skuterlər;
- Maşın yağları və maşın yağının olduğu bütün mallar;
- Hava nəqliyyatı vasitəsilə daşınması qadağan olunan əşyalar;
- Azərbaycan Respublikasının ərazisinə idxalı qadağan olunan əşyalar;
- Türkiyədən litium batareyalar və litium batareyalara sahib texnikalar;
*Odlu silah, silah hissələri və ya aksesuarları, optik nişan, optik binokl və döyüş üçün nəzərdə tutulan əşyaların ixracatına icazə yoxdur.
300 dollar limiti nədir?

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 21 sentyabr 2020-ci il tarixindən etibarən fiziki şəxslər hər təqvim ayı ərzində ölkəyə ümumi dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan yük idxal edə bilər.
Bağlamanın ümumi dəyəri 300 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir. 
300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.
Bağlama təyin olunmuş limitin aşıldığı halda yalnız limiti keçmiş hissə üçün gömrük rüsumu hesablanacaqdır.
Bağlamanın BCT-də saxlanılması zamanı ilk gün 15 AZN, sonrakı hər gün üçün 2 AZN (1 avro) saxlanma haqqı hesablanır.
Xahiş edirik, sifariş verərkən diqqətli olun!

"Mənim üçün Sifariş Et" xidmətinin detalları nədir?

Bu, Türkiyədən istənilən məhsulun alınmasına xidmət edən kompleks servis xidmətidir. Bu tip sifariş zamanı biz sizin adınızdan Türkiyə internet-mağazasından sifariş edirik.  Satıcı ilə bütün müvafiq tədbir və danışıqları aparırıq. Bu halda bizim komissiyamız ümumi məhsulun dəyərinin 5% təşkil edəcək, Azərbaycana daşınma xidmət haqqı bu məbləğə daxil deyil.

İzləmə nömrəsi ( "Tracking number") nədir?

Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya Tracking number ( İzləmə nömrəsi ) təyin edir.
Bu nömrələr bağlamaların bəyan olunması üçün lazımdır. Bu nömrələr ölkə daxili kuryerlərdən fərqli olaraq fərqli adlandırılır. Bağlamanı izləmək üçün  UPS karqo “Tracking number”, Trendyol express “Gönderi numarası”, Yurtiçi karqo “Gönderi kodu”, Aras karqoda “Kargo takip numarası”, Trendyol express “Teslimat no”, PTT Kargo “barkod no”, MNG karqo “Fatura no”, Sürat Kargo “seri numarası” və s. təqdim edir.
Tracking number (izləmə nömrəsi) bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır.
İzləmə nömrəsi (Tracking number) hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır. 
Bağlamanız daşıyıcı şirkətin anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləyə bilərsiniz.

Onlayn kuryer sifarişi

“Onlayn kuryer” xidməti vasitəsilə Bakı anbarımıza daxil olan bağlamaların birbaşa evinizə çatdırılmasını həyata keçiririk. Ofisə gəlmədən onlayn kuryer sifarişi ilə rahatlıqla bağlamalarınızı əldə edin.⁣⁣

Kuryer sifarişini Beepex.az saytına daxil olaraq onlayn formada həyata keçirə bilərsiniz. Bunun üçün Beepex.az saytında hesabınıza daxil olun, ”Kuryer sifarişi” bölməsinə keçid edərək “Yeni sifariş” düyməsinə klikləyin, açılan pəncərədə çatdırılmasını istədiyiniz bağlamaları seçib ”Şəhər, nişangah, ünvan, telefon, çatdırılma tarixi” bölmələrini dolduraraq “Yadda saxla” düyməsinə klikləyin.⁣⁣

Bağlamalarınızı 24 saat ərzində təhvil alacaqsınız. Kuryer haqqı sifariş zamanı hesabınızda əks olunacaqdır. Bağlamaların daşınma haqqını və kuryer ödənişini onlayn ödəyə bilərsiniz.

Bütün bölgələrə poçtla çatdırılma xidməti

Onlayn alış-veriş hər kəsin haqqıdır. Buna görə də Azərbaycanın hansı bölgəsində olmağınızdan asılı olmayaraq bağlamalarınızı sizə çatdırırıq. Bildirək ki, poçt çatdırılması üçün sifariş bağlama Bakı ofisində olan zaman qəbul edilir.
Bağlamanızın poçtla göndərişini sifariş etmək üçün, daşınma haqqı və poçt ödənişi öncədən ödənilməlidir. ( “Daşınma balansı ” bölməsindən artıra bilərsiniz ). Bağlamalar dövlət poçtu ilə göndərilir və nəzərinizə çatdırırıq ki, poçt tariflərini dövlət poçtunun özü təyin edir. 1 kq üçün ödəniş 3 AZN-dir. Balansınızda ən az 5 AZN vəsait olmalıdır. Daşınma haqqı ödənilməli, müştərinin İcraçıya heç bir borcu olmamalıdır. Yuxarıda qyed olunan şərtlər əsasında bağlamanın poçtla çatdırılması üçün müştəri kodu, ad, soyad, rayon, poçt indeksi, təhvil alacaq şəxsin adı və əlaqə nömrəsi bizə təqdim olunmalıdır.

Geri qaytarma xidmətinin ( "İade") qaydaları

Şirkətimiz bağlamaların geri qaytarma xidməti təklif edir.

Xidmət qaydalarını nəzərinizə çatdırırıq:

Beepex şirkəti "Mənim üçün Sifariş Et" xidməti ilə əldə edilən məhsullları tam ödənişsiz geri qaytarılmasını həyata keçirir. 

Beepex şirkəti vasitəsi ilə yalnız daşınması həyata keçirilən bağlamaların qaytarılması isə ödənişli əsaslarla həyata keçiriləcəkdir. 
Qaytarılma tarifi daşınma tariflərinə görə bağlamanın çəkisi əsasında müəyyən edilir. 
Şərtlər: 
Bağlama yalnız səhv məhsul göndərilən zaman, məhsul zədəli, qüsurlu (Qüsur ofisdə aşkarlanmalıdır.) olduqda, rəngi və ya ölçüsü səhv gələrsə, geri qaytarılır. 
Bağlama geri qaytarılma üçün Bakı ofisinə daxil olduğu gündən etibarən növbəti 2 iş gün ərzində məhsul ofisi tərk etmədən yoxlanılarsa və yuxarıda qeyd edilən hallardan biri aşkarlanarsa, faktura sənədi ilə qəbul olunur. 
Qeyd:
Yuxarıda qeyd olunan şərtlərə əməl olunmazsa, bağlamaların satıcıya geri göndərilməsi həyata keçirilmir.
Geri qaytarılma yalnız satıcı mağazanın qaytarma şərtləri daxilində həyata keçirilir.
Nəzərinizə çatdırırıq ki,  online  alış-veriş zamanı elektronik məhsuların 14 gün ərzində geri qaytarılma xidməti mövcud deyil!
İstehlakçı telefon, kompüter kimi məhsulların qabını açmasa belə, məhsulu geri qaytara bilməyəcək. Qalan bütün məhsullar üçün, əgər məhsul qüsurlu deyilsə, geri göndərmə haqqı istehlakçıya aid olacaq.
Ödənişsiz sığortalama xidmətinin qaydaları

Biz anbarımıza daxil olan bütün bağlamaları ödənişsiz olaraq sığortalayırıq.

Həssas məhsullar olan bağlamaların ödənişsiz sığortalanma qaydalarını nəzərinizə çatdırırıq.

Beynəlxalq yük daşınma qaydalarına əsasən qablaşdırılmış, lazımı qoruyucu vasitələrlə əhatə olunmuş (hava yastıqları, penoplastlarlar olan, fiziki zədə olmayan) və qutu üzərinə məhsulun daşınma qaydaları barədə xüsusi işarələr (məsələn, “fragile”) əlavə olunmuş bütün həssas məhsulları ödənişsiz olaraq sığortalayırıq.

 
Türkiyə anbarının iş saatları

Xarici anbarın iş qrafiki aşağıdakı kimidir:

Türkiyə anbarı:
Bazar ertəsi – Cümə:     9:00 – 18:00
Şənbə:                           9:00 – 13:00
Bazar:                           Qeyri-iş günü

Bağlamalarım Bakı anbarında nə qədər qala bilər?

Nəzərinizə çatdırırıq ki, Bakı anbarına çatdırılmış bağlamaların anbarda ödənişsiz saxlanılmasının son həddi 20 (iyirmi) gün müəyyən edilib. Nəzərdə tutulmuş müddət ötürüldüyü təqdirdə bağlamanın anbarda saxlanıldığı hər əlavə gün üçün hər 0.50 AZN miqdarında saxlanc haqqı tutulur.